4 may 2014 12:40

Qəbələ uğurlu seriyanı təkrarladı

Topaz Premyer Liqasının 32-ci turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmiş “Qəbələ” mövsümdə ən uğurlu seriyasını təkrarladı. Azerisport.az xəbər verir ki, 5-7 və 14-16-cı turlarda 3 qələbəni sıralayan Yuri Syominin yetirmələri mövsümdə 3-cü dəfə belə uğura imza atdı.
Bu qələbə ilə komanda “ağ-qaralar”la matçlardakı uğursuz seriyaya son qoydu. Ardıcıl 3 dəfə uduzan, son 5 görüşdə qalib gələ bilməyən “Qəbələ” 2012-ci il noyabrın 3-də qeydə alınan qələbədən 545 gün sonra qalib gəldi.
Qazanılan qələbə sayəsində “Qəbələ” sona 3 tur qalmış çempionatdakı ən yüksək nəticəsini təmin etdi. Belə ki, “qırmızı-qaralar” ən pis halda, çempionatı 5-ci pillədə başa vuracaq. Bu isə 2011/12 mövsümünə təsadüf edən rekordun təkrarı olacaq. Daha yüksək yerlər uğrunda mübarizə aparan Syominin komandası 3 və ya 4-cü yeri tutmaqla isə tarixinin ən yaxşı nəticəsini göstərəcək.
Luis Hilario bakılılarla qarşılaşmalarda 4-cü qolunu vurub bu duellərdə “qırmızı-qaralar”ın ən məhsuldar oyunçusu oldu. Lorenzo Ebesilio isə mövsümün 4 görüşündən 3-də bakılıları məyus edib. Ən maraqlısı isə bu 4 matçın hamısı eyni - 2:1 hesabı ilə başa çatıb. 3 dəfə paytaxt klubu, 1 dəfə qəbələlilər qalib gəlib.
Lorenzo Ebesilionun vurduğu qol “Qəbələ”nin Yuri Syominin rəhbərliyi altında vurduğu 50-ci qol oldu. Bu topların 42-si Premyer Liqa, 8-i kuboka təsadüf edib.
“Qəbələ” bir çempionatda qazanılan qələbə (16), və qazanılan xal (54) sayında mütləq rekorda imza atdı. Komanda 2011/12 mövsümündəki 15 qələbə və 52 xal rekordunu üstələdi.
Səfərdə qol sayını 21-ə çatdıran Syominin komandası 2011/12 mövsümündəki 19 qolluq rekordu yenilədi.
“Qəbələ”də 18-ci qolunu vuran Luis Hilario Kənan Kərimova çatdı. İndi braziliyalı yalnız Viktor Mendi (24) və Rövşən Əhmədovdan (20) geri qalır. Premyer Liqada isə Luis Hilario 16 qolla 2-ciliyi bölür. O, özü ilə eyni sayda qol vuran Yannik Kamananla birlikdə yalnız Mendidən (20) geri qalır.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.