4 may 2014 11:33

Viktor Mendi: Qəbələ son oyundakı kimi fədakar oynasa, Kuboku qazanacaq

“Qəbələ”nin hücumçusu Viktor Mendi azerisport.az saytında müsahibəsində komandasının TPL-in 33-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyunda 2:1 hesablı qələbəsindən danışıb:
- Bakı komandasını bu mövsümdə heç olmasa, bir dəfə məğlub edəcəyinizi gözləyirdiniz?
- Üç məğlubiyyətdən sonra bizim hər hansı revanş götürmək istəyimiz vardı. Bizim məqsədimiz vardı: paytaxtdan üç xal aparmaq. Biz az vəziyyətlər yaratmadıq. Komanda son dəqiqəyə qədər mübarizə aparırdı və layiqli qələbə qazandı.
- Hər iki komanda meydanda aqressiv idi və bir neçə dəfə komandalar arasında problemlər yaşandı...
- Aqressivik oyundan irəli gəlirdi. Hisslər həddini aşırdı. Rəqibin nə üçün aqressiv olduğunu bilmirəm. Ancaq bizim aqressivliyimiz qarşılaşmanın vacibliyindən irəli gəlirdi.
- Bu mövsümdə beşinci dəfə “Neftçi”yə qarşı oynamaq lazım gələcək. Bu dəfə Azərbaycan Kubokunun finalında. Bu rəqibi yenidən məğlub edə biləcəksiniz?
- Kubokun final görüşü haqda hələ heç düşünmək belə istəmirəm. Qarşıda bizi Premyer Liqanın üç vacib oyunu gözləyir. Ancaq son oyunda olduğu kimi fədakar oynasaq, bu halda, ölkə Kubokunu mütləq qazanacağıq.
- “Qəbələ” üçün mövsümün sonu tanış “Neftçi” ilə keçir. Ən azı, yarış cədvəlində qonşusunuz. “Neftçilər”dən bir xal geriliyi aradan qaldırmaq sizə müyəssər olacaq?
- Tamamilə yerinə yetiriləcək tapşırıqdıq. Qarşıda bizi “Bakı” ilə oyun gözləyir. Bu oyunda mütləq qələbə qazanmaq lazımdır. Avropa Liqasına çıxmaq üçün yaxşı imkanlarımız var. Ancaq bunun üçün qalan oyunlarda mütləq miqdarda xal toplamaq lazımdır.
- Ölkə Kubokunda “Xəzər Lənkəran”a qarşı keçirilmiş ilk yarımfinal oyunu komandanız üçün dönüş nöqtəsi oldu. Məhz bu görüşdən sonra komanda bir az yaxşı oynamağa və yaxşı nəticələr göstərməyə başladı...
- O qələbə komandanın döyüşkən ruhunu qaldırdı. Düşünürəm ki, ən pisi geridədir. Biz müdafiədə aqressiv və etibarlı oynamağa başlamışıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.