4 may 2014 20:11
Özkara Sivasspora uğur gətirmədi
Bu gün Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Çaykur Rizespor”un qonağı olub və 1:1 hesablı heç-heçə oynayıb.
Özakara oyunu ehtiyat oyunçular skamyasından izləyib və 90-cı dəqiqədə meydana buraxılıb. Ancaq futbolçumuzun ayağı düşərli olmayıb. Özkara meydana daxil olduqdan sonra “Sivasspor” qol buraxaraq, qələbəni əldən verib.
Hazırda “Sivasspor” 50 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
