4 may 2014 20:00
Abışov yenə iştirak ərizəsinə salınmadı, komandası qələbə qazandı
Bu gün futbol üzrə Rusiya premyer-liqasında 28-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin" doğma meydanda "Ural" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Abışov oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda "Rubin" 28 turdan sonra 34 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
