4 may 2014 14:33
Ufuk Budağın komandası Davud Kəriminin komandasına məğlub oldu
Türkiyədə Birinci Divizionun 37-ci turunun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, müdafiəçimiz Ufuk Budağın komandası “Qaziantep BB” evdə yarış cədvəlinin autsayderlərindən biri “Fethiyespor”u qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, “Fethiyespor”un heyətində qapıçımız Davud Kərimi çıxış edir. Ufuk Budak bu dəfə də 90 dəqiqə meydanda mübarizə aparıb. Kərimi isə bu dəfə də ehtiyatda qalıb.
Hazırda “Qaziantep BB” 41 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Fethiyespor” isə 38 xalla təhlükəli 16-cı pillədə yer alıb.
