3 may 2014 00:42

İnter Qarabağın qorxusunu bir qədər də artırdı

Topaz Premyer Liqasında 33-cü turun oyunları geridə qaldı. Azerisport.az xəbər verir ki, eyni gündə baş tutan görüşlərin yalnız 2-də qalib müəyyən edilmədi.

Tura "Bakı" - "Qarabağ" oyunu ilə start verildi. Bu qarşılaşma hər 2 tərəf üçün əhəmiyyətli idi. Ağdam klubu 3 xal qazanacağı təqdirdə ən yaxın izləyicisi "İnter"lə xal fərqi azalmayacaqdı. Paytaxt təmsilçisi isə Avroliqaya getmək üçün 4-cü pilləni ələ keçirməli idi. Lakin heç bir komanda istəyinə çata bilmədi və qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Beləliklə artıq "Qarabağ" üçün çempionluğun rəsmiləşməsi ən azı növbəti tura qaldı. Qurban Qurbanovun komandası növbəti turda "İnter"dən üstün olsa, çempionluğu rəsmən qeyd edəcək. Əks təqdirdə növbəti turlarda da intriqa davam edəcək. "Bakı"nın isə uğursuz çıxışı hələ də davam edir və bu gedişlə komandanın avrokuboklarda çıxış etməyəci şübhə doğurmur.

Növbəti oyunda isə "Neftçi" öz meydanında kubokun finalında rəqibi olacaq "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirdi. Premyer Liqada birincilikdən əli üzülən komandalar bütün diqqətini kuboka yönəldib desək, yanılmarıq. Kubokun finalında qarşılaşacaq rəqiblərdən bu dəfə "qırmızı-qaralar" üstün oldu. Halbuki, cari mövsümün ilk üç qarşılaşmasında "Neftçi" qələbə qazanan tərəf olmuşdu. Bu dəfə də hesabı meydan sahibləri açdılar. Amma buna baxmayaraq, Yuri Syominin yetirmələri əzmkar qələbə qazanmağı bacardılar. Bu məğlubiyyətə rəğmən, Böyükağa Hacıyevin komandası Premyer Liqada mükafatçılar arasındakı mövqeyini yenə də qorudu. Əyalət klubu isə avrokubok şanslarını artırmaq üçün hazırkı mövqeyini qorumalıdı.

Bu görüşlə eyni vaxtda "İnter" - "Sumqayıt" görüşü də start götürdü. Bir neçə tur öncə "Qarabağ"la 13 xal fərqi olan "bankirlər" artıq həmin rəqəmi 6-ya endirməyi bacarıb. Bu görüşdə də qələbə qazanan "İnter" öz iddiasını sübut etməyi bacardı. Kaxaber Sxadadzenin yetirmələrinin bu gedişlə avrokuboklarda mübarizə aparacağı şübhə doğurmur. Paytaxt təmsilçisinin eyni zamanda 7 oyunluq qələbə seriyası yaxalaması da xüsusi vurğulanmalıdı. Premyer Liqada tək iddiası mövsümü sonuncu pillədə başa vurmamaq olan "Sumqayıt" isə 5 oyunluq yenilməzlik seriyasını başa vurdu.

Premyer Liqada heç bir iddiası olmayan komandaların - "Xəzər Lənkəran"la "Rəvan"ın görüşündə meydan sahibləri böyük hesablı qələbəyə sevindilər. Mustafa Dənizlinin yoxluğunda "ağ-yaşıllar" 3 xalı möhtəşəm qələbə ilə qazandılar. Buna baxmayaraq, Lənkəran klubu turnir cədvəlində yerləşdiyi pillədən yuxarı qalxa bilmədi. "Rəvan" isə daha bir şansını itirdi desək, yanılmarıq. "Sumqayıt"ın məğlubiyyətindən istifadə edə bilməyən Güvənç Kurtarın komandası qələbə qazansaydı, sonuncu pillədən xilas olacaqdı.

Başqa bir görüş isə Zaqatalada baş tutdu. Lənkəranda olduğu kimi, burada da iddiasızlar üz-üzə gəldilər. Bu qarşılaşmada qalib müəyyən edilmədi və qarşılaşma 0:0 hesabı ilə başa çatdı. Bu bərabərlikdən sonra Tərlan Əhmədov artıq 4-cü xalını qazandı. Belə ki, Şüvəlan təmsilçisi 4 turdu ki, məğlub olmur və hamısında meydanı bərabərliklə tərk edir.

Topaz Premyer Liqası
33-cü tur

BAKI - QARABAĞ - 0:0
Sarı vərəqələr: Şəhriyar Əliyev, 28 (qeyri-idman hərəkəti); Mario Alvares, 81 (sistematik qayda pozuntusu) - Maksim Medvedev, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
2 may 2014. Saat 15:00. “Bakı”nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Mario Alvares, 16. Xavyer Junior (11. Rauf Əliyev, 80), 17. Risto Ristoviç (22. Namiq Ələsgərov, 72), 21. Elvin Məmmədov (10. Aleksandar Soliç, 90), 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 27. Elton Hüseynov.
Baş məşqçi: Milinko Pantiç.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (41. Leroy Corc, 46), 17. Vüqar Nadirov (7. Namiq Yusifov, 46), 20. Riçard Almeyda (99. Nikolas Gelaşvili, 68), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.

İNTER - SUMQAYIT - 2:0
Qollar: Aleksandr İaşvili, 51, Vaqif Cavadov, 90+2.
Sarı vərəqələr:  Arif Daşdəmirov, 56 (rəqibi tutduğuna görə); Yohan Bokonyano, 77 (hakimə etiraz).
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
2 may 2014. Saat 17:00. “Şəfa” stadionu. 350 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 63), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 85), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 87), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (17. Adil İbrahimov, 68), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov (8. Aqşin Muxtaroğlu, 75), 15. Nodar Məmmədov, 18. Aleksandr Çeroqanov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur  (14. Məhəmməd Qurbanov, 58), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov.
Baş məşqçi: Aqil Məmmədov.

NEFTÇİ - QƏBƏLƏ - 1:2
Qollar: Cavid İmamverdiyev, 50 - Dodo, 62, Lorenzo Ebesilio, 90.
İstifadə olunmamış penalti: Bruno Bertuççi, 48.
Sarı vərəqələr: Elvin Yunuszadə, 38 (sistematik qayda pozuntusu); Tərlaq Quliyev, 68 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 33 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 90+1 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Lorenzo Ebesilio, 90+3.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
2 may 2014. Saat 17:00. “Bakcell Arena” stadionu. 2000 tamaşaçı.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 74), 16. Bruno Bertuççi, 21. Samir Məsimov (28. Emin Mehdiyev, 89), 22. Mahir Şükürov (k) (27. Məqsəd İsayev, 70), 23. Ruslan Qurbanov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 14. Bahodır Nasimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev (36. Elnur Allahverdiyev, 72), 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 83), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov (16. Ruslan Tağızadə, 55), 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 42. Leonardo da Silva, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.

SİMURQ - AZAL - 0:0
Sarı vərəqələr: Tural Axundov, 74 (qeyri-idman hərəkəti); İdan Vaytsman, 76 (qeyri-idman hərəkəti) - Oskar Klava, 36 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
2 may 2014. Saat 18:00. Zaqatala şəhər stadionu. 1000 tamaşaçı.

Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k) (77. Nicat Qurbanov, 72), 8. Patrik Osiako (30. Raul Kostin, 46), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 66), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 3. Usim Nduka, 4. Dilaver Zrnanoviç, 22. Salif Ballo.
Məşqçi: İqor Getman. 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev (5. Murad Ağayev, 90+3), 4. Xose Junior Aylton, 10. Con Oluremi (8. Qərib İbrahimov, 81), 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 20. Branislav Arsenyeviç, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç (18. Samuel Barlay, 71).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 19. Orxan Səfiyaroğlu, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏZƏR LƏNKƏRAN - RƏVAN - 4:0
Qollar: Elias Ribeyro, 19, Deyan Blajevski, 52, Elnur Abdullayev, 53, Etame Mbilla, 61.
İstifadə olunmamış penalti: Deyan Blajevski, 38.
Sarı vərəqə: Mitya Moreç, 37 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 1 dəq.
2 may 2014. Saat 18:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 1500 tamaşaçı.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara (11. Zohair Benuahi, 80), 8. Deyan Blajevski (23. Nikola Qliqorov, 70), 10. Elnur Abdullayev (55. Ağabala Ramazanov, 70), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 30. Elias Ribeyro.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 22. Deyvid Sakkoni.
Məşqçi: Oğuz Çetin.
Rəvan: 85. Kamal Bayramov (k), 19. Hüseyn Axundov (28. Boyan Markoviç, 58), 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq (10. Tyaqo Mirasema, 49), 41. Kamil Kopunek, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev, 14. Xuan Manuel Varea (7. Elvin Həsənəliyev, 72).
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 21. Novruz Məmmədov, 17. Ramazan Abbasov, 11. Kamil Nurəhmədov.
Baş məşqçi: Güvenc Kurtar.
 

1 Qarabağ 33 20 9 4 61 17 +44 69
2 İnter 33 19 6 8 56 32 +24 63
3 Neftçi 33 16 7 10 46 41 +5 55
4 Qəbələ 33 16 6 11 42 34 +8 54
5 Bakı 33 14 9 10 48 38 +10 51
6 Simurq 33 11 11 11 33 25 +8 44
7 XL 33 10 12 11 36 45 –9 42
8 AZAL 33 6 12 15 28 45 –17 30
9 Sumqayıt 33 4 10 19 24 54 –30 22
10 Rəvan 33 3 10 20 18 61 –43 19

Bombardirlər:
19
- Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
10 - Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər Lənkəran)
9 - Baçana Sxadadze (İnter), Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.