3 may 2014 12:33
Qəbələ Neftçini son il yarımda ilk dəfə məğlub etdi
TPL-in 33-cü turu çərçivəsində “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub etmiş “Qəbələ” bununla da, 2012-ci ilin noyabrdan bu yana “Flaqman” üzərində ilk qələbəsini qazanmış oldu. Azerisport.az xəbər verir ki, həmin oyunda da “Qəbələ” rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
Maraqlıdır ki, bu komandalar arasında keçirilmiş son yeddi oyundan altısı 2:1 hesabı ilə başa çatıb.
