3 may 2014 22:44
Gökdəmirin komandası autsayderi məğlub etdi
Bu gün futbol üzrə Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Əli Gökdəmirin komandası "Elazığspor" səfərdə yarış cədvəlinin autsayderi “Antalyaspor”un qonağı olub və 2:1 hesablı qələbə qazanıb.
Gökdəmir zədə səbəbi ilə bu oyunda iştirak etməyib.
Hazırda “Elazığspor” 34 xalla yarış cədvəlində 16-cı sırada qərarlaşıb.
