3 may 2014 19:11
Oleq Lujnı: Syominin işlədiyi kimi, Azərbaycanda işləməyin nə mənası var?!
Ukrayna yığmasının sabiq futbolçusu, Kiyev “Dinamo”su və “Tavriya”nın sabiq baş məşqçisi Oleq Lujnı ölkəmizdə işləməkdə məna görmür. Azerisport.az xəbər verir ki, “Arsenal”ın sabiq futbolçusu bildirib ki, komanda seçimində ölkə əhəmiyyət kəsb edir:
“Özbəkistana və ya hər hansı belə bir ölkəyə getməkdə bir məna gömürəm. Bax, Syominin işlədiyi kimi, Azərbaycanda işləməyin nə mənası var?! Bilmirəm...”, deyə Lujnı Ukrayna KİV-nə bildirib.
