3 may 2014 14:44
Elvin Yunuszadə: Qəbələ qarşısında sirlərimizi açmaq istəmədik
“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə azerisport.az saytına müsahibəsində TPL-in 33-cü turu çərçivəsində komandasının “Qəbələ”yə qarşı keçirdiyi oyunda 1:2 hesablı məğlubiyyətindən danışıb:
- Neftçi çox tez-tez xallar itirməyə başlayıb. Səbəb nədir?
- Mövsümün sonu hərəyə bir cür keçir. Oyunlar yorğunluqla müşayiət olunur və bu, öz əksini nəticədə tapır. “Qəbələ”yə qarşı biz üç oyun keçirmişik və hər üçü çətin olub.

- “Qəbələ”yə qarşı üç əvvəlki oyunda komandanız qələbə qazansa da, bu dəfə buna müyəssər olmadı...
- Axı “Qəbələ”ni həmişə uda bilmərik. Bu məğlubiyyətdən nəticə çıxarmaq lazımdır və Kubokun finalında səhv etmək olmaz.

- Oyun kifayət qədər aqressiv alındı: Əvvəlcə, Karlos Kardoso ehtiyat oyunçular skamyası tərəfə nə isə dedi, ardınca Ebesilio da kənarda qalmadı və vurulmuş qoldan sonra sizin ehtiyat oyunçular skamyasına tərəf qaçdı...
- Belə şeylər olur. Bu, bir dəfə olan haldır. Düşünürəm ki, buna diqqət ayırmaq lazım deyil. Əsası, oyundan sonra heç bir qalmaqal müşahidə olunmadı.

- Elə təsəvvür vardı ki, “Neftçi” oyuna köklənmədən oynayır. Premyer Liqa sizin üçün geridə qalıb?
- Mən belə deməzdim. Bəli, biz daha yuxarı pilləyə yüksələ bilməyəcəyik. Ancaq bu, o demək deyil ki, qalan oyunlarda məğlub olmalıyıq. Oynayacaq və qələbə qazanacağıq. Həmçinin, arxayınlaşmaq olmaz. Axı biz Avropa Liqasında yeri təmin etməmişik.

- Və bürünc medallar...
- Ağır gəlir... Düşünürdük ki, heç olmasa, ikinci yeri götürəcəyik. İndi isə üçüncü yer də təhlükə altındadır. Beləliklə, Premyer Liqada bizim tapşırıqlarımız hələ var. Öz simamızı saxlamalıyıq.

- Mayın 22-də “Qəbələ”yə qarşı ölkə Kubokunun finalı baş tutacaq. Rəqib haqda yeni nə isə öyrənə bildiniz?
- Bu oyun, ölkə Kubokunun finalı ərəfəsində əsas məşq idi. Yəqin ki, biz öz sirlərimizi daha az faş etmək istədik (gülümsəyir). Məşqçilərə bu oyun, rəqib haqda yeni məlumat əldə etmək üçün yaxşı imkan idi. Biz futbolçular isə əsas aktyorlar kimi, bir-birimizi kifayət qədər yaxşı tanıyırıq.