3 may 2014 13:13
Rəşad Sadiqov: İki uşaq səhvi məğlubiyyətə səbəb oldu
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına açıqlamasında TPL-in 33-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirilmiş oyunda məğlubiyyətə (1:2) şərh verib:
“Hər şey bizim üçün heç də pis getmirdi. Hesabda irəli idik. Ancaq iki uşaq səhvi məğlubiyyətə gətirib çıxardı. Rəqib bizim səhvlərimizdən bacarıqla istifadə etdi. İradəsiz oynamağımız fikri ilə razı deyiləm. Birinci hissədə çətin idi. Belə ki, hava çox isti idi. İkinci hissədə asan oldu. Düşünürəm ki, məğlubiyyət layiq deyildik”.
