2 may 2014 11:55
Olimpik Qəbələyə gəlməyəcək
III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Fransa təmsilçisi "Olimpik" Marsel turnirdə yer ala bilməyəcək.
Bəzi texniki səbəblərdən "Olimpik"in Azərbaycana gəlişi baş tutmayacaq. Yaxın günlərdə fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək.
(Klub saytı)
