2 may 2014 11:22

Asim Xudiyev: Qarabağ və Neftçi qalib gələcək

Futbol mütəxəssisi Asim Xudiyev TPL-in 33-cü turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:
Bakı - Qarabağ
Bu oyun, indi çempionluğu qabaqcadan təmin etmək üçün “Qarabağ”ın son şansıdır. Yəqin ki, onlar bunu çempionatın sonuna üç tur qalmış rəsmiləşdirmək istəyirlər (bunun üçün “İnter”in bu turda qələbə qazanmaması lazımdır - red.). Bu səbəbdən, hesab edirəm ki, ağdamlılar qalib gələcəklər.
Neftçi - Qəbələ
Bu, Kubokun finalı ərəfəsində komandaların qarşılaşacağı özünəməxsus bir məşq olacaq. Düşünürəm ki, bakılılar qələbəyə daha çox can atacaqlar.  Axı onlar çoxdandır ki, doğma tribunaları qələbə ilə sevindirmirlər. “Qəbələ” isə, düşünürəm ki, bu oyunda bütünlüklə açılışmayacaq və hər şeyi finala saxlayacaq. Beləliklə, “Neftçi”nin qələbəsinə qoyuluş edirəm.
Simurq - AZAL
Yarış vəziyyəti zaqatalalıları üç xal götürməyə vadar edir. Xüsusən, oyun Zaqatalada keçiriləcək. Əlbəttə, son vaxtlar AZAL səfərdə yaxşı nəticələr göstərməyə başlayıb. Ancaq düşünürəm ki, “Simurq” qələbə qazanacaq.
Xəzər Lənkəran - Rəvan
Hər iki komanda bu yaxınlarda Kubokda mübarizəni dayandırıb. Düşünürəm ki, lənkəranlılar çətin ki, qələbə qazansınlar. Hazırda “Xəzər Lənkəran”da komanda daxilində mənəvi planda heç də ən yaxşı vəziyyət hökm sürmür. “Rəvan” isə son vaxtlar səfərdə pis oynamır. Heç-heçə olacaq.
İnter - Sumqayıt
“İnter”ə evdə xal itirmək olmaz. Ötən turda “Xəzər Lənkəran” üzərində böyükhesablı qələbəyə rəğmən, onlar sakitləşməməlidirlər. İndi “bankirlər”ə ikinci pilləni möhkəmləndirmək lazımdır. “Sumqayıt”ın da heç-heçəyə nail olacağı istisna deyil. Ancaq hər halda, mən düşünürəm ki, “İnter” qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.