2 may 2014 21:00
Getman: Bu, çempionatın səviyyəsinin artdığını göstərir
"Simurq"un məşqçisi İqor Getman Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər iki komandanı güzəştsiz mübarizə əzminə görə təbrik edirəm. Çempionatda hər bir oyun çətindi. Bu, çempionatın səviyyəsinin artdığını göstərir. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Təəssüf ki, qol vura bilmədik. Futbolda əsas məqsəd qol vurmaqdı. Deyə bilmərəm ki, heç bir komanda bunu istəmirdi. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Fürsətdən istifadə edib dostum Tərlan Əhmədovu təyinatı ilə bağlı təbrik edirəm, AZAL-dakı işində uğurlar arzulayıram”.
