Tərlan Əhmədov: Komanda getdikcə öz oyununu tapır
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Simurq” çox yüksək səviyyəli komandadı, zəif cəhətləri olmayan rəqibdi. Bura qələbə üçün gəlmişdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Çempionatda elə bir iddiamız qalmayıb, komanda yavaş-yavaş özünə gəlir, hələ də çatışmazlıqlarımız var. Həm qol vura bilmirik, həm də oyunçu baxımdan sıxıntımız var. 4 futbolçumuz zədə səbəbindən artıq mövsümü bitirib. Komanda getdikcə öz oyununu tapır, xallar qazanır. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq. Artıq bu oyunu unutmuşuq, növbəti turda bizi “Neftçi” ilə oyun gözləyir”.
