2 may 2014 20:33
Güvənc Kurtar: Məğlubiyyətə görə bütün futbolçular məsuliyyət daşıyır
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar TPL-in 33-ci turu çərçivəsində komandasının səfərdə “Xəzər Lənkəran”a qarşı keçirdiyi oyunu (0:4) şərh edib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Bu günə qədər oynadığımız ən pis oyunlardan biri idi. İnanılmazdır! Rəqib komandanın futbolçularını təbrik edirəm. Turnir cədvəlinin son pilləsində olduğumuz üçün son 4 oyunda qalib gəlmək istəyirdik. Qarşıda hələ üç oyunumuz var, ikisini öz meydanımızda, birini isə səfərdə oynayacağıq. Bu oyunlarda qalib gəlməyə çalışacağıq. Ən azından son pillədən qurtulmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq qarşıdakı oyunlarda bu cür məğlub ola bilmərik. Mövsümü qalib gələrək başa vurmaq istəyirik. Buraxılan qollara görə yalnız qapıçı deyil, bütün futbolçular məsuliyyət daşıyır”.
(PFL)
