2 may 2014 20:00
Aqil Məmmədov: İnterə qarşı oyunumuz alınmır
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 33-cü turu çərçivəsində komandasının səfərdə “İnter”ə qarşı keçirdiyi oyunu (0:2) şərh edib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Bilirdik ki, çətin oyun olacaq. İndiyə kimi “İnter”ə qol vura bilməmişik, bu gün də vura bilmədik. “İnter”ə qarşı oyunumuz alınmır. Məğlubiyyətə layiq oyun göstərmədik. Öz səhvlərimizdən qapımızda qollar gördük. Rəqibi qələbə ilə təbrik edirəm, layiqli qələbə qazandılar”.
(PFL)
