2 may 2014 19:40
Neftçi azarkeşinin kəlləsini yardılar
TPL-in 33-cü turu çərçivəsində keçirilmiş “Neftçi” - “Qəbələ” oyunu zamanı xoşagəlməz hadisə baş verib. Azerisport.az xəbər verir ki, oyundan sonra “Qəbələ” azarkeşləri “Neftçi” azarkeşlərindən birinə daş ataraq, kəlləsini yarıblar.
Nəticədə azarkeşi qan aparıb. “Flaqman”ın tibb heyəti qanaxmanı dayandıraraq, zərərçəkmiş azarkeşə ilkin tibbi yardım göstərib.
