2 may 2014 19:33
Böyükağa Hacıyev: Syominə can borcum var, mayın 22-də qaytarar
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 33-ci turu çərçivəsində komandasının öz meydanında “Qəbələ”yə qarşı keçirdiyi oyunu (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Məğlub olduq. Qarşıda ölkə kubokunun final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəyəm. Çox istəyən azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda köklənmə çatışmır”.
(PFL)
