2 may 2014 19:11
Araz Naxçıvan çempionluğunu rəsmiləşdirdi
Futbol üzrə Azərbaycan I Divizionunda 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Şəmkirdə yerli “Şəmkir” komandası ilə qarşılaşmış “Araz Naxçıvan” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xal ehtiyatını 73-ə çatdıran “Araz Naxçıvan” rəqibləri üçün əlçatmaz olub və 2013/2014-cü il mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda çempionluğunu rəsmiləşdirib.
(PFL)
