2 may 2014 17:48
Milinko Pantiç: Komandamızdakı problemlər yavaş-yavaş həll olunur
“Bakı”nın baş məşqçisi Milinko Pantiç TPL-in 33-cü turu çərçivəsində keçirilmiş oyunda komandasının “Qarabağ”la 0:0 hesablı heç-heçəsini şərh edib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Oyundan razı qaldım, çempionatın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” gələcək çempiondur. Buna baxmayaraq, rəqib qol imkanı yarada bilmədi. Əsas heyətimizin bir neçə oyunçusu bu gün yox idi, bəlkə də, bu, nəticəyə təsir etdi. Hər şey başqa cür ola bilərdi. Oyunda qol da vurduq, lakin epizod oyundankənar vəziyyət kimi qeydə alındı. Hakimlərə irad bildirməyəcəyəm. Komandamızdakı problemlər yavaş-yavaş həll olunur”.
(PFL)
