2 may 2014 17:44
Qurban Qurbanov: Təəssüf ki, qələbə qazana bilmədik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində komandasının “Bakı”ya qarşı keçirdiyi oyunu (0:0) şərh edib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Qələbə qazanmağı çox istəyirdik, təəssüf ki, alınmadı. Komandanın göstərdiyi oyundan razı qaldım. Oyunun sonlarında sürəti artıra bilsəydik nəticə başqa cür olardı. Havanın isti olması da oyunumza təsir etdi. “Bakı” avrokuboklar uğrunda mübarizə aparır, lakin futbolçuları yerə yıxılıb vaxt uzadırdı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıran. Biz isə öz oyunlarımızı fikirləşəcəyik”.
(PFL)
