2 may 2014 16:00
Simurq AZAL-a qarşı oyuna hazırdır
Bu gün Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində AZAL-ı qonaq edəcək “Simurq” artıq hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, dünən son məşqinə çıxmış Zaqatala təmsilçisinin heyətində zədəli və cəzalı futbolçu yoxdur.
18:00-da start götürəcək qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
