2 may 2014 15:55

The Guardian: Atletikonun uğuru həm də Azərbaycanla bağlıdır

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi Madrid “Atletiko”nun həm İspaniya La Liqasında, həm də Çempionlar Liqasındakı uğurlu çıxışı diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, İngiltərənin məşhur “Guardian” qəzetində jurnalist Ouen Gibsonun “Çelsi” üzərindəki qələbədən sonra Madridin “Atletiko” klubunun Çempionlar Liqasının finalına vəsiqə qazanması ilə bağlı yazısı dərc edilib:
 
“Azərbaycanın “Atletiko”ya sponsorluğu heyranedici uğurun sübutudur” başlıqlı yazıda hər iki tərəf arasında 2013-cü ilin əvvəlində imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən və bundan sonra Madrid komandasına əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
 
“Atletiko”nun ÇL-in finalına vəsiqə qazanması “Stemford Bridj”də ispan fanatlarla yanaşı, Azərbaycanın paytaxtı Bakıda da futbol azarkeşlərinin də sevincinə səbəb oldu” – deyə yazıda vurğulanır.
 
Ouen Gibson qeyd edir ki, əla oyunları ilə diqqət çəkən “Atletiko”nun bu mövsümü Çempionlar Liqasının və İspaniya çempionatının qalibi kimi tamamlamaq imkanı var: “Atletiko”nun bu uğurları həm də varlı neft ölkəsi olan Azərbaycanın sponsorluğu nəticəsində gerçəkləşib”.
 
İngilis jurnalistin fikrincə, Azərbaycanın “Atletiko”ya sponsorluq etməsi ölkənin doğru idman siyasətinin və düzgün investisiya yatırmasının göstəricisidir.
 
“Atletiko”nun oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formayla çıxması Azərbaycanın beynəlxalq arenadakı inkişafının bir hissəsidir: “Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini irəli sürmüşdü. Ölkə “Eurovision” yarışını qəbul edib, gələn il isə Bakıda birinci Avropa olimpiya oyunları keçiriləcək”.
 
Yazı müəllifi bildirir ki, formaların üzərində ölkələrin adlarının yazılması həm də diplomatik silahdır. Diqqəti Qətərin sponsoru olduğu “Barselona” və PSJ-yə yönəldən Ouen Gibson bildirir ki, bu sahədə cari mövsüm ən ciddi uğuru Azərbaycan əldə edə bilər.
 
Yazıda “Atletiko”nun prezidenti Enriko Seresonun fikirlərinə də yer verilib. O deyib ki, bu əməkdaşlıq Azərbaycanla İspaniya arasında münasibətlərin inkişafına fayda verib: “Bu əməkdaşlıq həm də Azərbaycanın dünyaya daha da tanıdılması baxımından əhəmiyyətli oldu”.
 
Yazı müəllifi “Atletiko”lu rəsmilərə istinadən bildirir ki, Azərbaycanla imzalanmış müqavilə ənənəvi əməkdaşlıqdan daha üstündür: “Formamızın üzərində Azərbaycanın adının yazılması bizim tərəfimizdən atılmış xeyirxah bir addımdır və bu münasibətlər ənənəvi sponsorluq dəstəyindən daha irəli gedir”.
 
Sonda yazı müəllifi qeyd edib ki, əgər “Atletiko” Lissabondakı final matçında “Real”a qalib gəlib Çempionlar Liqasının kubokunu qazansa, o zaman bu zəfər təkcə Portuqaliyanın və İspaniyanın paytaxtında deyil, həm də Xəzər dənizininin sahilindəki Bakıda da qeyd ediləcək.
 
Xatırladaq ki, "Atletiko" "Land of fire Azerbaijan" sözləri yazılan formayla oyunlara 2013-cü ilin martında "Bakı" klubu ilə imzalanmış əməkdaşlıq müqaviləsindən sonra çıxmağa başlayıb. Bu yaxınlarda müqavilənin müddəti 2016-cı ilin yanvar ayına qədər uzadılıb.
 
("Bakı" FK rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.