2 may 2014 15:40
Rüstəm Rəhimov: Lənkərandakı oyundan sonra oyunun nə dərəcədə “təmiz” olduğunu deyə bilməyəcəyəm
Mübahisəli oyunlar üzrə AFFA xüsusi komissiyasının təmsilçilərindən biri Rüstəm Rəhimov azerisport.az saytına açıqlamasında TPL-in 33-cü turu çərçivəsində bu gün keçiriləcək “Xəzər Lənkəran” - “Rəvan” oyunundakı işi haqda fikirlərini bildirib:
“Biz hər bir oyunu izləyirik. Bu turda mən “Xəzər Lənkəran” - “Rəvan” oyununda iştirak edəcəyəm və idman prinsiplərinə nə dərəcədə riayət olunacağını izləyəcəyəm. Biz DTK deyilik ki, oyunu kimin satıb, kimin aldığını müəyyən edək. Həmçinin, hakimlərin də işi nəzarətdə olacaq. Təbii ki, oyunun yekunlarına əsasən, bu oyunun nə dərəcədə “təmiz” olduğunu deyə bilməyəcəyəm. Mən qeydləri edəcəyəm və hara lazımdırsa, bildiriş ünvanlayacağam”.
