2 may 2014 15:15

Aqil Məmmədov: Bizimlə oyunda Qarabağa çempionluğu rəsmiləşdirməyə imkan verməyəcəyik

"Bakı"nın qapıçısı Aqil Məmmədov azerisport.az saytına müsahibəsində "Qarabağ"la oyundan, komandadakı vəziyyətdən və ABŞ səfərindən danışıb:

- Çempionatın növbəti turunda lider “Qarabağ”ı qəbul edəcəksiniz. Oyuna hazırlıq hansı vəziyyətdədir?
- “Bakı” son oyunların əhəmiyyətini başa düşür. Xal itkilərindən sonra komandamız 5-cı sıraya enib. “Qarabağ”la oyun bizim üçün çox vacibdir. Çünki, məhz son oyunlarda komandanın taleyi həll olunacaq. Futbolçular bu oyuna yüksək səviyyədə hazırlıq keçib. Qələbə qazanmaq üçün meydanda maksimum qədər yaxşı oyun göstərməyə çalışacağıq.

- “Qarabağ” lider olmaqla yanaşı, çempionluğa çox yaxındır. Məhz son turlarda komanda qələbə qazanmaqla çempionluğu rəsmiləşdirmək istəyir...
- Məncə, “Qarabağ”ın gücü haqda danışmağa ehtiyac yoxdur. Cari mövsüm ən yaxşı ilini keçirirlər. Lider olmağa layiqdirlər. Sadəcə, bizimlə oyunda çempionluğu rəsmiləşdirməyə imkan verməyəcəyik. Qoy növbəti tur çempionluğu rəsmiləşdirsinlər. Bizə 3 xal çox vacib lazımdır. 

- “Bakı”nın “Qarabağ”la oyunları o qədər yaxşı alınmır. Bu dəfə komandanızın gələcək çempiona qarşı oynaması sizi nə qədər səfərbər edir?
- “Qarabağ”ın çempion olması zaman məsələsidir. Bu komandada peşəkar və ən yaxşı futbolçular toplanıb. Onlar liderliyi əldən buraxmaz. Biz isə qələbə qazanmaqla, gələcək çempiona qarşı oynadığımızı düşünürük. “Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Amma bizə 3 xal çox lazımdır. Uğursuzluq olacağı təqdirdə “Bakı” avrokuboklarsız qala bilər.

- “Bakı”nın avrokuboklara düşməsinə çox az şans var. Komanda avrokuboklarsız qalacağı təqdirdə kim günahkar olacaq?
- Bu barədə danışmaq istəmirik. Son şansımıza qədər mübarizə aparacağıq. Çempionatda bəzi vacib oyunlarda xal itkisi mövqeyimizə ciddi təsir edib. Bununla belə az da olsa şansımız var. “Bakı”nın avrokuboklara düşməyəcəyini təsəvvür etmək mənim üçün çətindir. Gəlin, bu barədə hələ danışmayaq.

- Çempionatdan dərhal sonra milli komanda ilə ABŞ-a yollanacaqsınız. Yığmanın hazırlığı barədə nə deyə bilərsən?
- ABŞ-a səfər zamanı həm təlim-məşq toplanışı keçiriləcək, həm də ABŞ yığması ilə yoldaşlıq matçı oynayacağıq. Fikrimcə, bu oyun komandaya müsbət mənada təsir edəcək. Rəqib dünya çempionatının iştirakçısıdır. Hər zaman güclü rəqiblərə qarşı oynamaq futbolçulara yaxşı mənada təsir edir. Biz bu oyunda yaxşı mübarizə sərgiləməliyik.

- ABŞ-a səfər hər adama nəsib olmur. Bu ölkədə olmağı arzulamısanmı?
- Düzünü desəm, heç vaxt ABŞ-da olmağı arzulamamışam. Ümumiyyətlə, səyahət etməyi arzulamağı sevmirəm. İşimizlə əlaqədar çoxlu sayda ölkədə olmuşuq. Ona görə heç vaxt bu barədə düşünməmişəm. ABŞ səfəri mənim üçün ilk növbədə yığmanın təlim-məşqi deməkdir. Komandamız orada hazırlıq keçəcək. ABŞ-da heç vaxt olmadığımıza görə bir qədər maraqlı sayıla bilər. 

- ABŞ yığmasıyla oyunda Azərbaycan millisindən hansı nəticəni gözləmək olar?
- Yoldaşlıq görüşü olduğu üçün hansı heyətlə oynayacağımız hələ məlum deyil. Amma millimizin güclü rəqibə qarşı layiqli mübarizə aparacağını söyləyə bilərəm. Bəziləri yığmaya inanmırlar. Amma komandamız son zamanlar azarkeşləri sevindirməyi bacarır. Ona görə ABŞ komandası ilə matçda da məğlubiyyət barədə düşünmürük. Meydana yaxşı nəticə üçün çıxacağıq. Uzun yolu uduzmaq üçün getmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.