Avroliqada finalçılar bəlli oldu
Çempionlar Liqasının ardından UEFA Avropa Liqasında da finalçıların adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, ötən gecə keçirilən iki oyunla turnirin yarımfinal mərhələsinə yekun vurulub.
Təbii ki, ən böyük maraq "Yuventus" - "Benfika" matçına idi. İlk oyunda doğma divarlar arasında italyanları məğlub edən “Benfika” bu matçda 1 qol vursa, “Yuve”nin işi çətin olacaqdı.
Digər qarşılaşmada isə ispan dueli baş tutdu. "Valensiya" Mestalyada “Sevilya"nı qəbul etdi. Əndəlus klubu ilk oyunda 2 cavabsız qolla qalib gəldiyindən, “yarasalar” finala çıxmaq üçün ən azı 3 top fərqi ilə qalib gəlməliydi.
Avropa Liqası
Yarımfinal (cavab oyunları)
1 may
Yuventus (İtaliya) - Benfika (Portuqaliya) - 0:0 (İlk oyun 1:2)
Valensiya (İspaniya) - Sevilya (İspaniya) - 3:1 (İlk oyun 0:2)
Qollar: Fequli, 14, Beto, 26-öz qapısına, Mathieu, 70 - M`Bia, 90.
