2 may 2014 13:48

Aqoli: Başa düşmürəm ki, nə üçün bizi çempionluq münasibəti ilə təbrik edirlər

“Qarabağ”ın müdafiəçisi Ansi Aqoli azerisport.az saytına müsahibəsində TPL-in 32-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyun, növbəti turda “Bakı”ya qarşı keçiriləcək görüşdən və vaxtından əvvəl komandanın ünvanına yönəlmiş çempionluq təbriklərinə münasibətdən danışıb:
- Bu gün sizi 33-cü tur çərçivəsində “Bakı”ya qarşı oyun gözləyir.
- Biz həmişəki kimi hazırlaşmışıq. Müsbət nəticəyə nail olmaq istəyirik. Asan olmayacaq. Ancaq biz qələbə qazanmağa çalışacağıq.
- Son vaxtlar “paytaxtlılar” sabit nəticə göstərmirlər.
- “Bakı” - yaxşı komandadır. Onlara qarşı oynamaq asan olmayacaq. Mən isə ancaq ümid edirəm ki, biz öz ən yaxşı oyunumuzu göstərəcəyik və üç xal qazanacağıq.
- Bu yaxınlara qədər ikinci yerlə aranızda 11 xallıq fərq vardı. İndi bu fərq səkkiz xaldır. Bu, komandanın mövsümü məsuliyyətlə bitirməsinə təsir etməyəcək?
- Yox. Bu, adi haldır. Xal itkiləri qaçılmazdır. Belə ki, qorxulu heç nə yoxdur. Biz sadəcə, qarşıdakı oyunlara hazırlaşmağa davam edirik.
- Yeri gəlmişkən, gözümüz xal fərqini azaltmış “İnter”in üstündə olacaq?
- Ancaq öz oyunumuza diqqətimizi cəmləyəcəyik. Rəqiblərin necə oynaması barədə düşünməyəcəyik.
- Son turda “neftçilərə” qarşı oyun kifayət qədər gərgin alındı (1:1).
- Yaxşı oyun oldu. “Neftçi” yaxşı futbol göstərdi. Elə biz də. Xüsusən, ikinci hissədə bizim qol vurmaq üçün çox imkanlarımız oldu. Ancaq, ümumilikdə, hesab edirəm ki, heç-heçə layiqli oyun idi.
- “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos bildirib ki, oyunun əvvəlində onun üzünə dirsəyi ilə zərbə vurduğu üçün hakim Reynaldoya qırmızı vərəqə göstərməli idi. Ancaq o, sarı vərəqə göstərdi. Necə düşünürsünüz, bu epizodda kim haqlıdır?
- Bununla, onun nə demək istədiyini bilirəm. Akim öz qərarını qəbul edib. Müvafiq suallarda biz daha peşəkar olmalıyıq. “Neftçi”yə qarşı elə oyunlar olub ki, Ramos qırmızı vərəqəyə layiq olub. Ancaq göstərməyiblər. Ancaq biz bu barədə danışmırıq axı.
- Ağdamlıların kapitanı Rəşad Sadıqov digər komandaların futbolçularının Premyer Liqada çempionluq münasibəti ilə qabaqcadan ünvanlandığı təbriklərə narazılığını bildirib. Buna sizin münasibətiniz necədir?
- Bilmirəm ki, nə üçün bunu edirlər. Əgər hələ çempion deyilsənsə, nə üçün təbrik edirlər? Axı siz kimi isə Yeni İl və ya doğum günü münasibəti ilə iki ay qabaqcadan təbrik etmirsiniz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.