1 may 2014 12:48
Qarabağ kapitanını itirdi
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının TPL-in 33-cü turu çərçivəsində “Bakı”ya qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Azerisport.az xəbər verir ki, Sadıqov sarı vərəqlər həddini aşdığından oyunu kənardan izləməli olacaq.
Xatırladaq ki, oyun mayın 2-i 15:00-da “Bakı” futbol klubunun bazasında baş tutacaq.
