1 may 2014 12:40
Elnur Allahverdiyev Foqtsun qəzəbinə tuş gəldi
Millimizin baş məşqçisi Berti Foqts mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək oyuna aparacağı heyəti müəyyənləşdirir. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin iki futbolçusu - Kamran Ağayev və Vladimir Levinin yığmaya cəlb ediləcəyi artıq məlumdur.
“Radarlar”ın düşərgəsindən Elnur Allahverdiyev dəvət almayıb. Alman mütəxəssis buna futbolçunun daxili yarışlarda intizamsız davranışlarını əsas gətirib.
