1 may 2014 12:22
Qarabağın yeddi futbolçusu millinin düşərgəsində
Millimizin baş məşqçisi Berti Foqts mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək oyuna aparacağı heyəti müəyyənləşdirir. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın yeddi futbolçusunun yığmaya cəlb ediləcəyi artıq məlumdur:
Fərhad Vəliyev, Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Hacı Əhədov, Vüqar Nadirov dəvətlilər sırasındadır.
