1 may 2014 11:48
Denis Silva: Neftçi bu mövsümdə titulsuz qalmayacaq
“Neftçi”nin müdafiəçisi Denis Silva azerisport.az saytına müsahibəsində komandasının TPL-in 33-cü turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyun və bu komandaya qarşı ölkə Kubokunun finalında baş tutacaq görüş haqda fikirlərini bildirib:
- “Qarabağ”la oyunda itirilmiş iki xal komandanızı ikinci pillədən beş xal geri atdı...
- Rəqibin ciddi üstünlüyü var. Ancaq biz hələ onları qovub çata bilərik. Yerdə qalan dörd turda qalib gəlmək lazımdır.

- Əgər ikinci pillədə qərarlaşmış “İnter” növbəti görüşlərdə məğlub olmasa?
- Düşünürəm ki, məğlub olacaq. Ümid edirəm ki, bir dəfə yox.

- “Qarabağ”la oyunun ikinci hissəsində komandanızın qələbəyə can atması təsəvvürü yaranmırdı. Saşa Stamenkoviçin vaxtı uzatması buna əyani sübutdur.
- Ola bilər, oyunun sonunda heç olmasa bir xalı saxlamaq istəyirdik. Ancaq birinci hissədən sonra səfər oyunundan bizim üç xalla qayıtmaq imkanımız vardı. Müvafiq qələbələr komandaya inam verir, xüsusən, Kubokun finalı ərəfəsində. Həmçinin, biz liderə, demək olar ki, ölkə çempionuna qarşı oynayırdıq.

- “Qəbələ”yə qarşı keçiriləcək oyun haqda nə deyə bilərsiniz?
- Bu komanda mükafatçılar dəstəsinə düşməyə çalışır və bununla da, bizim birbaşa rəqibimizdir. Bu mövsümdə üç dəfə onlarla qarşılaşıb hər üç oyunda qalib gəlmişik. Bunu dördüncü dəfə etmək üçün bütün imkanlarımız var.

- Yeri gəlmişkən, bu komanda ölkə Kubokunda sizin birbaşa rəqibinizdir.
- Bu, mövsümdə “Neftçi”nin ən vacib oyunu olacaq. Bu Kubokdur və Premyer Liqa oyunları ilə heç bir müqayisəyə gəlmir. Əminəm ki, rəqibimiz fərqli və daha zəhmlə oynayacaq.

- “Qarabağ”ın oyunçularına baxanda təsadüfən, özünüzün ötənilki nümunəsini görmürsünüz?
(Gülümsəyir) Belə də demək olar. Çempionluq xoş hissdir. Ümid edirəm ki, “Neftçi” növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparacaq. Ancaq bu mövsümdə də “Neftçi” titulsuz qamayacaq. Biz hər gün Kubokun finalı haqda düşünürük.