1 may 2014 11:20

"Erkən qol bizə çox kömək etdi"

“İnter”in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində qarşılaşdıqları “Xəzər Lənkəran”la oyundan (3:0) danışıb və “Sumqayıt”la baş tutacaq növbəti matç haqqında fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
“Xəzər Lənkəran”la oyun asan olmadı. Bizə erkən qol çox kömək etdi. Ondan sonra biz daha inamla oynamağa başladıq. Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və  “Xəzər Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq. Belə ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladı. İndi komandanı “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdir. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq".
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.