1 may 2014 18:18

AFFA: Bu qərarın icrasının qarşısını heç bir klub ala bilməz!

AFFA "İnter" klubuna təyin edilən idman direktoru ilə bağlı yaranan qalmaqala mövqeyini açıqlayıb. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"Topaz Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən idman direktorlarının təyin olunması ilə bağlı qərar İcraiyyə Komitəsinin 18 dekabr 2013-cü il tarixli iclasında qəbul olunub. Bu günə qədər qərar, belə demək mümkünsə, 70 fazi icra olunub.
Başqa sözlə, premyer liqa klublarının 7-də AFFA-nın təyin etdiyi idman direktorları fəaliyyət göstərir. "İnter" klubu ilə bağlı məsələyə gəlincə, digər klublarla yanaşı, "İnter"in rəhbərliyi ilə bu mövzuda söhbət olub. Klubun kənar idarəçisi Georgi Nikolov AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernhard Lippertlə əlaqə saxlayaraq idman direktoru ilə bağlı ətraflı müzakirə aparıb. Bundan əlavə, G. Nikolov baş katib və texniki direktora zəng edərək "İnter" klubuna məhz almaniyalı idman direktorunun təyin olunmasını xahiş edib. Torsten Şpittlerin təhsili, təcrübəsi və futbol biliyi nəzərə alınaraq "İnter"ə idman direktoru təyin olunub və onun təqdimatında AFFA-nın texniki direktoru B. Lippert də iştirak edib. Georgi Nikolov həmin görüşdə yeni idman direktoru ilə görüşərək hər cür şərait yaradılacağına, onun fəliyyəti ilə bağlı klubun uşaq məşqçilərinə müvafiq göstəriş verəcəyinə söz verib. Lakin qısa müddətdən sonra "İnter"in Uşaq və Gənclərin İnkişafı Layihəsinin rəhbəri Valentin Xodukin Torsten Şpittlerin fəaliyyətinə maneçilik törətməyə başlayıb. Bununla bağlı baş katib Georgi Nikolovla danışıb və məlum olub ki, məsələ ilə bağlı klubda G.Nikolova yanlış məlumatlar verilir. Bununla belə, G. Nikolov V.Xodukinin T.Şpittlerə yaratdığı maneələrin qarşısını ala bilməyib və AFFA qərara alıb ki, almaniyalı mütəxəssis fəaliyyətini "Bakı" klubunda davam etdirsin. Çünki AFFA onun kimi təcrübəli mütəxəssisin ölkəmizdə çalışmasının səmərəli olacağına inanırıq. T. Şpittler hazırda "Bakı" klubunda idman direktoru kimi yeni sistemin tətbiqinə başlayıb və uğurla çalışır.
Təbii ki, "İnter" klubunda baş verənlər İcraiyyə Komitəsinin hesabatında öz əksini tapacaq. Hazırda AFFA tərəfindən "İnter"ə idman direktoru təyin olunmaq üçün digər mütəxəssisin axtarışı davam edir.
Məlum olduğu kimi, idman direktorlarının bütün xərcləri AFFA tərəfindən ödənilir. Bununla yanaşı, müvafiq qərara uyğun olaraq uğurlu layihə tətbiq edən klublara AFFA maliyyə yardımı da göstərəcək. Maraqlıdır ki, futbola həm də biznes layihə kimi yanaşmağın vacib olduğu bir dövrdə "İnter" klubu faydalı bir prosesi ləngidir.
AFFA-nın İcraiyyə Komitəsinin qəbul etdiyi hər hansı qərarın icrasının qarşısını heç bir klub ala bilməz. Hazırda digər klublarda yeni idman direktorları uğurla fəaliyyət göstərir və klubların rəhbərliyi AFFA ilə mütəmadi əlaqə saxlayaraq bununla bağlı razılığını bildirir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.