1 may 2014 17:11
Xəzər Lənkəranın iki futbolçusu milliyə dəvət alıb
Millimizin baş məşqçisi Berti Foqts mayın 28-də San-Fransiskoda ABŞ yığmasına qarşı keçiriləcək oyuna aparacağı heyəti müəyyənləşdirir. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın iki futbolçusunun yığmaya cəlb ediləcəyi artıq məlumdur: Rahid Əmirquliyev və Rasim Ramaldanov toplanışda iştirak edəcəklər.
