1 may 2014 16:00
Orxan Sadıqlı: Şəxsən mən Mustafa Dənizlinin getməyini istəmirəm
“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına müsahibəsində komandadakı vəziyyət və baş məşqçi Mustafa Dənizlinin komandadakı gələcəyi haqda danışıb:
- Komandada ab-hava necədir?
- Elə də yaxşı deyil. “İnter”ə 0:3 hesablı məğlubiyyət komandada müsbət əks tapa bilməzdi. Buna rəğmən məşq edir və “Rəvan”a qarşı oyuna hazırlaşırıq.

- Kimin rəhbərliyi altında məşq edirsiniz?
- Məşqləri hələlik Oğuz Çətin keçir. Yaxın iki günə Mustafa Dənizli qayıtmalıdır. Yəqin ki, oyunu onsuz keçirəcəyik.

- “Xəzər Lənkəran” üçün son dörd tur və həmçinin, komandanın onillik yubileyi rəsmi şəraitdə keçəcək.
- Bəli, biz artıq heç nəyə iddia etmirik. Yerdə qalan oyunları layiqli keçirmək və imkan daxilində qələbə qazanmalıyıq. Əlbəttə, iddiasız oynamağa köklənmək çətindir. Ancaq meydanda vaxt keçirmək fikrimiz də yoxdur.

- Siz əminsiniz ki, Dənizli qayıdacaq? KİV Dənizlinin xəstəliyi ilə əlaqədar olaraq, mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı fəal surətdə yazır...
- Mustafa dənizli bizim baş məşqçimizdir və onunla birgə bu quyudan çıxmaq istərdik.

- Demək, o, heç yerə getməyə hazırlaşmır?
- Mən buna inanmıram. Hə, onun belində daimi ağrılar var. Ancaq bu, o demək deyil ki, o, işini davam etdirməyəcək.

- Bəs futbolçular azarkeşlərin Dənizlini Redniklə əvəzləmək tələbinə necə münasibət göstərirlər?
- Bu, azarkeşlərin arzusudur və biz futbolçuların onlar nə isə bir göstəriş verməsi, fikir diktə etməsi, düzgün olmazdı. Klubun rəhbərliyi var və kimi saxlayıb, kimi göndərməyi yekun qərarı ilə onlar verməlidir. Şəxsən mən Mustafa Dənizlinin getməyini istəməzdim. Həm də, mən başqa oyunçulardan belə bir şey eşitməmişəm. Ancaq bu vəziyyətdən çıxmaq lazımdır. “Xəzər Lənkəran” tarixində hələ belə bir hal olmayıb. Klub çətin vaxtlarını yaşayır.