1 may 2014 15:33
Millimizin hücumçusu Şotlandiya klubunda baxışdadır
U-19 millimizin hücumçusu Cem Felek Şotlandiyanın “Aberdin” klubunda baxışdadır. Azerisport.az Britaniya KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu “Aberdin”in gənclər komandasının (U-20) heyətində “Kouv Reyncers”ə qarşı oyunda (5:5) meydana çıxıb və qol vurub.
Şotlandiya komandasının baş məşqçisi Derek Makinnesin sözlərinə görə, Felek bu yay mövsümündə “Aberdin”in gənclər komandasının heyətinə düşməyə iki ən real namizəddən biridir.
