1 may 2014 13:55
Milinko Pantiç: Komandam avrokuboklarda çıxış etməyə hazır deyil
Sabah “Bakı” Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində evdə “Qarabağ”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədir. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq. Cari mövsüm “Qarabağ”a iki oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədir. Real duruma baxıb düşünmək lazımdı. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda, komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.

(Klub saytı)