30 aprel 2014 12:44
Konqo Respublikası yığmasının hücumçusu TPL-də peyda ola bilər
Bolqarıstanın “Botev” komandasının hücumçusu Ferebori Dore yayda Azərbaycan çempionatına keçə bilər. Azerisport.az xəbər verir ki, 25 yaşlı futbolçu Azərbaycan və Türkiyə klublarının fəal maraqları dairəsindədir.
Ancaq “Botev” rəhbərliyi futbolçunun transferi haqda xarici klublarla hələlik danışıqlar aparmaq niyyətində deyil.
Qeyd edək ki, Dore həmçinin, Konqo Respublikası yığmasında çıxış edir.
