30 aprel 2014 12:22
İbrahim Şehiç: Məşqçi mənə deyib ki, əgər ehtiyac olarsa, komandaya şəxsən dəvət edəcək
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç azerisport.az saytına müsahibəsində özünün Bosniya və Herseqovina yığmasının heyətinə DÇ-yə mümkün dəvətinə münasibətini və TPL-in 33-cü turu çərçivəsində komandasının “Bakı”ya qarşı keçirəcəyi oyun haqda fikirlərini açıqlayıb:
- Bosniya KİV-də sizin yayda Braziliyada keçiriləcək DÇ-yə yollanacaq 23 futbolçu arasında olacağınız haqda məlumat yayılıb.
- Mən yığmanın məşqçisi ilə danışmamışam. Son dəfə iki həftə əvvəl söhbətimiz olub. O, mənə dedi ki, əgər ehtiyac olarsa, komandaya şəxsən dəvət edəcək. Ancaq indiyə qədər zəng etməyib. Hələlik heç bir məlumatım yoxdur. Buna görə də yığmada oynayıb-oynamayacağımı bilmirəm.

- Ancaq şanslarınıza ümid edirsiniz?
- Əlbəttə. Necə deyərlər, ümid sonda ölür. Öz milli komandasının heyətində DÇ-də oynamaq hər bir futbolçunun arzusudur.

- Bəlkə məşqçi “Qarabağ”ın çempion olmasını gözləyir?
(Gülümsəyir) Heç nə deyə bilmərəm.
(Gülümsəyir) Heç nə deyə bilmərəm.
- Yeri gəlmişkən, Bosniya və Herseqovina yığmasının düşdüyü qrupu necə xarakterizə edərdiniz?
- Yumşaq desək, asan qrupa düşməmişik. Argentina, İran və Nigeriyaya qarşı oyunda bizə çətin olacaq. Ancaq bu, o demək deyil ki, komandamız pley-off mərhələsinə çıxmağa cəhd etməyəcək. Növbəti mərhələ üçün mübarizə aparacağıq.

- Çoxdan həsrətində olduğunuz çempionluğu bu həftə qazanmaq mümkün olacaq?
- Hər şey bizdən asılı deyil. “Bakı” üzərində mümkün qələbəmizdən başqa, “İnter”in büdrəməyini gözləmək lazımdır. Bununla belə, “Bakı”nı məğlub etmək asan olmayacaq. Axı onların öz tapşırıqları var. Qarşıdakı oyunda qələbə bizi çempionluğa yaxınlaşdıracaq.

- Son iki turda büdrəmədən sonra “Qarabağ”ın şəksiz çempionluğu bir qədər şübhə altına düşdü. Komanda ilə nə baş verir?
- Heç nə. Biz də hər şey normaldır. Sadəcə, arzuladığımız nəticələrə nail ola bilmədik. Axı bütün oyunları ardıcıl uda bilmərik.