30 aprel 2014 11:00
U-16 millimiz heç-heçə edib
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Mainz Gonsenheim" klubunun U-17 komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb.
(AFFA)
