30 aprel 2014 18:50
Yığmamızın yarımmüdafiəçisi daha bir oyunu buraxacaq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi Türkiyənin "Elazığspor" klubu Super Liqanın 32-ci turu çərçivəsində qarşılaşacağı "Antalyaspor"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, zədəli olan Gökdəmir böyük ehtimalla bu oyunu da buraxacaq.
23 yaşlı futbolçu hazırda zədəsini sağaltmaqla məşğuldu və komandasının məşqlərində iştirak etmir.
Qeyd edək ki, "Elazığspor" hazırda 31 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
