30 aprel 2014 18:11
Flaqmanın beş futbolçusu milliyə dəvət alıb
“Neftçi” PFK-nın 5 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanov mayın 27-də ABŞ yığması ilə San Fransisko şəhərində keçiriləcək yoldaşlıq oyunu öncəsi təlim-məşq toplanışına cəlb ediliblər.
Hazırlıq prosesi mayın 20-dən 28-dək ABŞ-da baş tutacaq.
(Klub saytı)
