30 aprel 2014 17:48
Qarabağ Bakıya qarşı oyunun hazırlığına başladı
“Qarabağ” “Bakı” ilə oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 33-cü turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq Ağdam təmsilçisi dünən istirahət edib.
Bu gün isə komanda 1 çalışma ilə kifayətlənib. Günün yeganə məşq prosesi Suraxanı qəsəbə stadionunda baş tutub. Ağdam klubu sabah da 1 məşqlə günü bitirəcək.
Qeyd edək ki, "Bakı" - "Qarabağ" oyunu mayın 2-də Biləcəridə - "Bakı"nın təlim-məşq bazasında keçiriləcək və 15:00-da start götürəcək.