30 aprel 2014 18:00

Rail Məlikov: Qəbələ ilə Neftçi arasında seçim etsəm, Qəbələni seçərəm

“Qəbələ”nin müdafiəçisi Rail Məlikov azerisport.az saytına müsahibəsində komandasının TPL-in 33-cü turu çərçivəsində qarşılaşacağı “Neftçi” ilə oyun haqda fikirlərini bölüşüb:
- Uzun fasilədən sonra siz yenidən start heyətində meydana çıxdınız.
- Məşqçi heyətdə rotasiya etmək qərarına gəldi. Uzun müddətdən sonra komandanın öz meydanında qələbə qazandığını nəzərə alsaq, bu heyət özünü doğruldu. Ancaq nə qədər istəsəm də, növbəti turda yenidən meydana çıxacağım fakt deyil.
- Qarşıda sizin üçün az əhəmiyyət kəsb etməyən “Neftçi” ilə oyun var.
- Bu, bakılıların sabiq futbolçusu kimi, yalnız mənim üçün deyil, həm də üç xala ehtiyacı olan indiki komandam üçün vacibdir. Biz 3-4-cü yerləri gözaltı etmişik. Bu oyunu həmçinin, ölkə Kuboku ərəfəsində əsas məşq kimi qeyd edərdim. Bu oyun, məşqçi qərargahı üçün rəqibinin güclü və zəif tərəflərinə yenidən nəzər salmaq imkanıdır.
- Qəbələ bu mövsümdə bakılılara ancaq məğlub olur.
- Zədə səbəbi ilə “Neftçi”yə qarşı bir dəfə də olsun, oynamaq imkanım olmayıb. Bu görüşdə iştirak etmək və komandama “neftçilər” üzərində bu mövsümdə ilk qələbə qazanmağa kömək etmək istəyirəm.
- “Qəbələ” Premyer Liqadan olduğu kimi, Kubokdan da Avropa Liqasına vəsiqə qazanmaq şansını saxlayır. Buna rəğmən, Kubokda ancaq qələbə, komandaya tarixində ilk dəfə, özü də bu turnirin ikinci təsnifat mərhələsindən iştirak imkanı verəcək. Bu haqda düşünmüşünüz?
- Mövsümün sonunda bacardığımız hər şey uğrunda mübarizə aparmalıyıq. Avrokuboklara bizi nə aparacaq, bütün bunları sonra görəcəyik. Əgər “Neftçi”yə qalib gələ bilsək, onda, rəqiblə xal fərqini bir xala qədər azaltmış olacağıq və bürünc medallara tamamilə ümid edə biləcəyik.
- Mövsümün sonunda “Qəbələ” ilə sizin müqaviləniz başa çatır. Nə etmək fikrindəsiniz?
- Düzünə qalsa, komandada çoxlarının müqaviləsi başa çatır və hələlik heç kim bu məsələyə baxmaqla məşğul olmur. İndi daha vacib tapşırıqlar var. Heç kimə yeni müqavilələr hələ təklif edilməyib.
- “Qəbələ”də qalmaq istəyirsiniz?
- Bəli. Belə ki, özümü burada daha yaxşı hiss edirəm.
- Digər tərəfdən, yeni mövsümdə “Neftçi”ni dəyişikliklər gözləyir. Əgər yenidən bu komandada olmaq imkanınız yaransa, nə edərsiniz?
- Əgər “Qəbələ” ilə “Neftçi” arasında seçim etsəm, seçimi “Qəbələ”nin xeyrinə edərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.