30 aprel 2014 17:13
I Divizion təqvimində dəyişikliklər edildi
May ayında “Araz Naxçıvan” klubunun ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq, futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişikliklər edilib. Azerisport.az dəyişiklikləri diqqətinizə çatdırır:
1. Futbol üzrə Azərbaycan I Divizionunda 29-cu turun “Araz Naxçıvan” - “Mil-Muğan” və “Bakılı” - “Energetik” oyunları 11 may 2014-cü il tarixdən 07 may 2014-cü il tarixə keçirilib;
2. Futbol üzrə Azərbaycan I Divizionunda 30-cu turun “Araz Naxçıvan” - “Energetik” oyunu 18 may 2014-cü il tarixdən 12 may 2014-cü il tarixə keçirilib.
(PFL)
