30 aprel 2014 17:05
Xəzər Lənkəran baş məşqçisiz qalıb
Bu gün “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandasını TPL-in 33-cü turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyuna hazırlamaq üçün Lənkərana qayıtmalı idi. Klubun mətbuat xidmətindən Azerisport.az saytına verilmiş məlumata görə, tibbi müayinədən keçdiyi üçün təcrübəli mütəxəssis Türkiyədə qalmaq məcburiyyətindədir.
Görünür, Dənizli “Rəvan”a qarşı oyunu buraxmalı olacaq. Bu halda, komandanı oyuna baş məşqçinin köməkçisi Oğuz çətin çıxaracaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Rəvan” görüşü mayın 2-də baş tutacaq.
