30 aprel 2014 16:55
Əmircanov fərdi proqramla məşq etdi, Salukvadze məşqlərə qatılmadı
Məlum olduğu kimi, mayın 2-də Premyer Liqanın 33-cü turu çərçivəsində “İnter” - Sumqayıt” qarşılaşması baş tutacaq. Azerisport.az xəbər verir ki, oyunun hazırlığına çərşənbə günündən start vermiş “İnter” bu gün “Şəfa” stadionunda növbəti məşqçinə çıxıb.
Qaçış və yüngül isinmə hərəkətlərindən sonra futbolçular topla çalışdılar, taktiki tapşırıqlar üzərində işləyiblər və bir neçə komandaya bölünərək futbol oynadılar.
Qeyd edək ki, bel nahiyəsindən zədə almış Ruslan Əmircanov fərdi proqram üzrə məşq edib. Ötən matçda zədə alan Laşa Salukvadze isə hələ məşqlərə qatılmır.
Xatırladaq ki, “İnter” - “Sumqayıt” qarşılaşması 17.00-da başlayacaq.
(Klub saytı)
