Real ÇL-in ilk finalçısıdı
UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, İspaniyanı təmsil edən “Real” (Madrid) klubu “Bavariya”nın qonağı olub.
Almaniya təmsilçisi ilk matçda səfərdə minimal hesabla məğlub olduğundan “Kral Klubu” görüşə nisbi üstünlüklə çıxıb. Başqa sözlə desək, matç başladığı kimi və ya heç-heçə bitsəydi, final vəsiqəsini alan komanda “Real” olacaqdı. Lakin gecənin qolsuz keçəcəyi elə də inandırıcı görünmürdü. Baxmayaraq ki, almanlar bu dəfə də qol vura bilmədilər. Əvəzində "Real" çoxunun gözləmədiyi halda səfər oyununda 4 cavabsız qol vuraraq rəqibini biabır etdi və finala yüksəldi.
Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)
29 aprel
Bavariya – Real - 0:4 (İlk oyun 0:1)
Qollar: Ramos, 16; 20, Ronaldo, 34; 90.
