30 aprel 2014 15:00

Erik Ramos: Artıq belə münasibətdən bezmişik

“Neftçi” PFK-nın futbolçusu Erik Ramos “Qarabağ”la oyun barədə klubun rəsmi saytına açıqlama verib. Azerisport.az Ramosun fikirlərini diqqətinizə çatdırır:
“Qarabağ”la oyunun gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. Hər kəs gördü ki, rəqib bilərəkdən dirsəklə mənə çox sərt zərbə endirdi. Hətta zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim. Sadəcə, bəxtim gətirdi ki, dirsək zərbəsindən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Videotəkrardan da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə, deməli, dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm, əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi? Belə bir fikir səsləndirirlər ki, hələ matçın birinci dəqiqəsi idi deyə, hakim qırmızı vərəqə göstərmədi. Necə yəni, məgər, futbolda qaydalar ikinci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki, karyerasını bu cür zərbə altına atsın. Hakim  ədalətsizliyi ilə nə qədər qarşılaşmaq olar? Artıq belə münasibətdən bezmişik. “Qarabağ” Azərbaycanın iki ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişinə də ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı, kim bilir nəticə necə olacaqdı?”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.